Fərman Kərimzadənin 80 illiyi ilə əlaqədar tədbir keçiriləcək

 

 

   Martın 10-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində görkəmli yazıçı Fərman Kərimzadənin 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

   Tədbirdə Xalq artisti Rasim Balayev, şair Musa Yaqub, Əməkdar artist, kinorejissoraktyor Elxan Qasımov, Bakı Dövlət Universiteti filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Nizaməddin Şəmsizadə, Fərman Kərimzadənin qızı Yeganə Kərimzadə və digər qonaqlar iştirak edəcəklər.

 

Mədəniyyət.- 2017.- 10 mart.- S.4.