"Gənclərə dəstək"

 

 

   Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin konserti

  

   Martın 11-də KameraOrqan Musiqisi Zalında "Gənclərə dəstək" layihəsi çərçivəsində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin konserti keçiriləcək.

   Konsertdə fortepiano şöbəsinin şagirdləri Ləman Kərimli, Gülər Qurbanlı, Jalə Quliyeva, Nərgiz Əliyeva, Ədilə Cəfərli, Mədinə Bağırova, Səbinə Rzazadə, Cavid Yusifzadə, Nailə İbrahimova, xalq çalğı alətləri şöbəsinin şagirdləri Nəzrin Cəfərzadə (kamança), Fizzə Vəlizadə (kamança), Kənan Namazov (tar), Leyla Haşımova (qanun), Məryəm Məmmədova (qanun), orkestr alətləri şöbəsinin şagirdləri Əlipaşa Şahgəldiyev (truba), Lalə İbrahimova (vokal) çıxış edəcəklər. Proqrama Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxil edilib.

 

Mədəniyyət.- 2017.- 10 mart.- S.4.