Kuba televiziyasındaOdlar yurdu Azərbaycan

 

    

   Layihə çərçivəsində ölkəmiz haqqında silsilə verilişlər yayımlanır

  

   Xəbər verdiyimiz kimi, 2017-ci ildə Azərbaycan ilə Kuba Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 ilinin tamam olması ilə əlaqədar Kubanın “Havana” televiziya kanalı tərəfindənOdlar yurdu Azərbaycanadlı silsilə verilişlər hazırlanıb.

   Layihə çərçivəsində Novruz öncəsi çərşənbə axşamlarında Azərbaycanın bu əziz bayramı xalqımızın qədim zəngin mədəniyyətindən bəhs edən reportajlar təqdim edilir.

   Martın 7-də “Havana” kanalında nümayiş etdirilmiş növbəti telereportajda Yel çərşənbəsi haqda bəhs edilib, xalqımızın sülhsevərliyindən, Azərbaycanın nadir təbiət incilərindən, Novruz bayramına xas olan adətlərdən milli mətbəximizin təamlarından danışılıb. Reportaj zamanı ölkəmizdə mövcud olan turizm imkanlarından bəhs edən görüntülər nümayiş etdirilib.

   Layihə çərçivəsində Novruz bayramı və Azərbaycan xalqının mədəniyyəti haqqında reportajların izləyicilərə təqdim edilməsi nəzərdə tutulur.

 

Mədəniyyət.- 2017.- 10 mart.- S.9.