Bayram aksiyası Bahar festivalı

 

 

   Martın 14-də Bakıdakı Dədə Qorqud parkında Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Aksiyada “ADA” Universitetinin müəllim tələbələri, “Coca-Cola” şirkətinin əməkdaşları, paytaxt sakinləri iştirak ediblər.

   Sonra Novruz bayramının ilaxır çərşənbə axşamında “ADA” Universitetində V Bahar Gənclik Festivalı təşkil olunub. Festival sərgi, milli geyimlər, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları, tonqal üzərindən atlanma və bu kimi ilaxır çərşənbə axşamının özünəməxsus adət-ənənələrinin nümayişi ilə davam edib.

 

Mədəniyyət.- 2017.- 15 mart.- S.3.