Gənc Tamaşaçılar Teatrının fəaliyyəti ASSİTEJ-in bülletenində

 

   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının üzv olduğu Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası - ASSİTEJ dünyanın 105-dən artıq ölkəsinin teatrlarının fəaliyyətini öz aylıq bülletenində işıqlandırır.

   Mart ayı üzrə elektron bülletendə Gənc Tamaşaçılar Teatrının fəaliyyəti haqqında məlumat yer alıb. Məlumatda teatrın iki əlamətdar bayram ərəfəsində xüsusi repertuarla çıxış edəcəyi, Novruz bayramı və Dünya Uşaq və Gənclər Teatrı Günü münasibətilə “Uşağı teatra apardevizi ilə tamaşaların göstəriləcəyi diqqətə çatdırılır.

 

 

Mədəniyyət.- 2017.- 15 mart.- S.4.