Görkəmli dirijor, pedaqoq, ictimai xadim

 

 

  Kamal Abdullayev - 90

  

  

   Müasir Azərbaycan dirijorları nəslinə mənsub olan Xalq artisti, professor Kamal Abdullayev (1927-1997) musiqi mədəniyyətimizin inkişafında böyük rol oynamış sənətkarlardan biridir. O, respublikamızda, eləcə xarici ölkələrdə tanınır sevilirdi. Azərbaycanın Rusiyanın musiqi mədəniyyətinin inkişafına böyük töhfələr vermişdir.

   Kamal Canbaxış oğlu Abdullayev 1927-ci ildə Bakıda anadan olmuşdur. 1945-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət konservatoriyası nəzdində Orta ixtisas musiqi məktəbini viola ixtisası üzrə (A.A.Qrossmanın sinfi) bitirmişdir. Musiqiyə olan böyük həvəs onu Azərbaycan Dövlət Konservatoriyasına gətirir 1948-ci ildə ali musiqi məktəbini müvəffəqiyyətlə başa vurur. Öz üzərində daima çalışan Kamal Abdullayev Moskvaya gedir 1952-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını opera-simfonik dirijorluğu ixtisası üzrə (prof. L.M.Ginzburqun sinfi) bitirir.

   Həmin ildən doğma Vətənə qayıdaraq 1959-cu ilə qədər Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının baş dirijoru vəzifəsində işləmişdir. Bu illər ərzində bir sıra klassik rus, Qərbi Avropa, sovet eləcə Azərbaycan operalarına, baletlərinə səhnə təcəssümü vermiş, bəzən onların ilk təfsirçisi olmuşdur. Q.QarayevinYeddi gözəl S.HacıbəyovunGülşənbaletlərində, C.Cahangirovun “Azad” operasında onun dirijor kimi əməyini xüsusi qeyd etmək lazımdır. İlk dəfə onun rəhbərliyi altında Bakıda C.PuççinininManon Lesko”, J.MassneninLakme”, C.VerdininSiciliyada axşam ibadəti” (SSRİ- ilk dəfə) s. əsərləri səslənmişdir.

   1959-cu ildə o, Donetsk Opera Balet Teatrına baş dirijor dəvət olunur. Burada işlədiyi müddətdə görkəmli rus bəstəkarları M.Musorqskinin “Boris Qodunov”, S.ProkofyevinMonastırda nikahoperalarını tamaşaya qoymuşdur. Onu da demək lazımdır ki, bu operanın qrammofon yazısına görə K.Abdullayev 1971-ci ildə Paris səsyazma firmasınınBöyük qızıl medalı”na layiq görülmüşdür.

   1962-ci ildə Kamal Abdullayev Stanislavski Nemiroviç-Dançenko adına Moskva Dövlət Musiqili Teatrına dəvət olunur. Keçmiş Sovet İttifaqında öz yaradıcı səviyyəsinə görə üçüncü yerdə olan bu teatrda 8 il baş dirijor vəzifəsində çalışır. Teatrın repertuarında özünə möhkəm yer tutan Z.KodayınXari Yanoş”, A.NikolayevinHəyat bahasına”, T.XrennikovunKimsəsiz kürəkən”, S.SlonimskininVirineya”, O.TaktakişvilininÜç həyatoperalarını, M.MusorqskininSərgidən şəkillərbaletini s. tamaşaya qoymuşdur. 1991-ci ildə SSRİ- ilk dəfə onun rəhbərliyi altında Moskva Konservatoriyasının Böyük zalında S.ProkofyevinYevgeni Onegintamaşasına musiqisi ifa olunmuş 2 plastinkadan ibarət albom buraxılmışdır.

   Kamal Abdullayev Türkiyədə çalışmış, Ankara Opera Balet Teatrında ilk dəfə P.ÇaykovskininQu gölü”, L.Minkusun “Don Kixot s. baletlərin tamaşaya qoyulmasını həyata keçirmişdi.

   Onun səmərəli konsert fəaliyyəti təqdirəlayiqdir. Sovet İttifaqının müxtəlif şəhərlərindəki qastrolları, müxtəlif ölkələrin opera balet teatrlarında böyük uğurla keçən tamaşalar, xarici ölkələrdə (Macarıstan, Çexiya, Slovakiya, Almaniya, Yaponiya s.) simfonik orkestrləri ilə birgə çıxışları istedadlı dirijorun yaradıcılıq uğurlarındandır. Onu da demək lazımdır ki, harada çıxış etməyindən asılı olmayaraq, Azərbaycan bəstəkarlarının (Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov b.) ən yaxşı əsərlərinin təbliğinə xüsusi diqqət yetirirdi.

   Kamal Abdullayev həmçinin uzun illər Moskvada Qnesinlər adına Rusiya Musiqi Akademiyasında opera-simfonik dirijorluğu sinfində professor kimi çalışmışdır. Fədakar dirijor müəllimin yetirmələri bu gün Rusiya onun hüdudlarından kənarda müxtəlif musiqi kollektivlərində fəaliyyət göstərirlər.

   K.Abdullayevin bir dirijormusiqi xadimi kimi ciddiliyi, sənətinə vurğunluğu ona musiqi aləmində böyük nüfuz qazandırmışdır. Uzun illər Moskvada yaşamasına və işləməsinə baxmayaraq Azərbaycan musiqisinə, doğma xalqına qırılmaz tellərlə bağlı olmuşdur, musiqi xadimlərimizlə daimi yaradıcılıq əlaqələrini saxlayırdı. O, dəfələrlə doğma şəhəri Bakıya qastrol səfərlərinə gələrək filarmoniyadaOperaBalet Teatrında çıxış etmişdir.

   Özümü xoşbəxt hiss edirəm ki, mənə Kamal Ablullayevlə tanış olmaq nəsib olub. 80-ci illərdə mən konservatoriyada dekan kimi çalışanda tələbkar musiqiçini dəfələrlə dirijorlara imtahan komissiyasının sədri kimi dəvət edirdik. O, yüksək professional avtoriteti, savadı və erudisiyası ilə, eyni zamanda qəlb təmizliyi və insanpərvərliyi ilə bizim diqqətimizi cəlb edirdi. 1987-ci ildə onun 60 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Filarmoniyasında böyük müvəffəqiyyətlə keçən yaradıcılıq gecəsi respublikanın musiqi həyatında hadisəyə çevrilmişdi. Həmin gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Kamal Abdullayevin ilhamlı dirijorluğu ilə klassikmüasir əsərlərdən bir neçəsini dinləyicilərə təqdim etmiş, konsert musiqisevərlərin xatirəsində dərin iz buraxmışdı. Yadımdadır, simfonik konsert dahi alman bəstəkarı Bramsın III simfoniyası ilə başlamışdı. Dirijorun məharətli təfsirində simfoniya dinləyiciləri alman bəstəkarının romantika ilə dolu lirik-psixoloji aləminə qovuşdurmuşdu. K.Abdullayev Q.Qarayev yaradıcılığına həmişə böyük diqqət yetirirdi, bir çox ölkələrdə onun instrumental əsərlərini musiqisevərlərə təqdim edirdi. Yubiley konsertinin ikinci hissəsində o, Q.QarayevinLeyli və Məcnun” simfonik poemasına sanki yeni incə təravət gətirmişdi.

   Bu il Kamal Abdullayevin anadan olmasının 90 illiyidir. Sevindirici haldır ki, bu münasibətlə Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyasında xatirə gecəsi keçiriləcək. Görkəmli dirijor, Xalq artisti Rauf Abdullayevin rəhbərliyi altında böyük simfonik konsert hazırlanır. Proqrama K.Abdullayevin repertuarından musiqi nömrələri salınıb.

   Xalqın yaddaşı tarixin yaddaşı deməkdir. Dünya mədəni tarixində insanlar üçün ən önəmli yaddaş dəyərli mənəvi estetik yaddaşdır. Xoşbəxt o adamdır ki, o xalqın tarixinə özünün unudulmaz izini qoyub yaddaşlardan silinmir. Görkəmli Azərbaycan dirijoru, pedaqoqu, ictimai xadim, gözəl insan Kamal Abdullayev məhz belə şəxsiyyətlərdəndir.

  

   Zemfira Qafarova

   Əməkdar incəsənət xadimi, professor

  

Mədəniyyət.- 2017.- 15 mart.- S.10.