Hüseyn Cavid Naxçıvan teatrı

 

 

 

   AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli QəhrəmanovunHüseyn Cavid Naxçıvan teatrımonoqrafiyası çapdan çıxıb.

   Kitabda görkəmli şair-dramaturq Hüseyn Cavidin ömür sənət yolunun Naxçıvanla bağlı məqamları barədə müfəssəl məlumat verilir. Ədibin dram əsərlərinin səhnə taleyinə ümumi nəzər salınır. Bu kontekstdə Cavid pyeslərinin Naxçıvan teatrının repertuarının zənginləşməsində yeri, tamaşalarda rejissor, aktyor, bədii tərtibat işinin təşkili məsələləri araşdırılır. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının nəzdindəCavid poeziya teatrı”nın yaradılması fəaliyyəti kitabda geniş təhlil edilir.

   NaxçıvandakıƏcəminəşriyyatında işıq üzü görən monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov, muxtar respublikanın Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov Mədəniyyətqəzetinin əməkdaşı Fariz Yunislidir.

  

   F.Hüseynov

 

Mədəniyyət.- 2017.- 15 mart.- S.11.