Tərcümə Mərkəzinin yeni nəşri

 

 

 

   Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - XX əsr rus ədəbiyyatının görkəmli nümayəndəsi Yuri Trifonovun "Seçilmiş əsərləri” işıq üzü görüb. Mərkəzdən verilən məlumata görə, kitaba yazıçının “Qoca” romanı, “Göbələkli payız”, “Göyərçin ölümü”, “VeraZoyka”, “Toranlıqda oyunkimi məşhur hekayələri daxil edilib.

   Yuri Trifonovun (1925-1981) müxtəlif illərdə qələmə aldığı “Tələbələr” povesti, “Çay kənarında ev”, “Tonqal şöləsi”, “Səbirsizlik”, “Başqa həyat”, “Qoca” romanları ona geniş oxucu sevgisi qazandırıb. 1951-ci ildə “Tələbələr” povestinə görə Yuri Trifonov Dövlət Mükafatına layiq görülüb.

   Qeyd edək ki, kitab Yuri Trifonovun Azərbaycan dilində nəşr olunan ilk əsərlər toplusudur. Əsərləri dilimizə Zahid Sarıtorpaq çevirib.

 

Mədəniyyət.- 2017.- 15 mart.- S.15.