Prezident təqaüdçüsü gənclərin Novruz konserti

 

 

   Martın 16-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Prezident təqaüdçüsü olan gənc istedadların Novruz bayramına həsr edilmiş konserti keçirildi.

   Tədbiri Bakı Musiqi Akademiyasının II kurs tələbəsi Elmira Aşumova açaraq Novruz bayramının gözəl məziyyətlərindən danışdı, iştirakçıları bayram münasibətilə təbrik etdi. Qeyd edildi ki, Prezident təqaüdçülərinin müxtəlif festivallarda, bayramlarda çıxışları xoş ənənəyə çevrilib. Budəfəki konsert proqramına Azərbaycan xalq mahnıları və bəstəkarlarımızın əsərləri daxil edilib.

   Sonra konsert proqramı təqdim olundu. Prezident təqaüdçüləri Aytən İbrahimova, Nərgiz Hüseynzadə, Cəmilə Əsgərova, Zərrin Əliyeva, Şəms Ağazadə, Orxan Hüseynov, Şükür Ömərli, Vüsal Bayramov, Mircavad Cavadov, Sevinc Kərimova başqalarının ifasında Ü.HacıbəylininArazbarı”, “Aşıqsayağı”, Q.Qarayevinİldırımlı yollarlabaletindənQızların rəqsi”, F.ƏmirovunMəhəbbət rəqsi”, A.RzayevinDüşüncə”, S.FərəcovunBahar nəğməsi”, “Şərq bazarı-Oğuz rəqsi”, Ə.Tağıyevinİstəyirəm görəm səni”, T.QuliyevinQaytağı”, Ə.MəmmədovunMənim Azərbaycanım”, M.MirzəyevinKonsert-skerso”, A.MəlikovunPrelüd No 3”, M.ƏhmədovunQızlar bulağı”, C.CahangirovunKoroğlukinofilmindən Dəli Həsənin mahnısı səsləndirildi.

   Maraqla dinlənilən musiqi nömrələri alqışlarla qarşılandı.

   Sonda Mədəniyyət Turizm Nazirliyi Elm, təhsil gənclərlə şöbəsinin sektor müdiri, Əməkdar mədəniyyət işçisi Lalə Kərimova çıxış edərək tədbir iştirakçılarını bir daha qarşıdan gələn bayram münasibətilə təbrik etdi, Novruzun xalımıza gözəl günlər bol ruzi-bərəkət gətirməsini arzuladı.

   Tədbirdə London Kral Musiqi Kollecinin professoru Leonid Kerbel Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov iştirak edirdi.

  

   Savalan Fərəcov

 

 

Mədəniyyət.- 2017.- 17 mart.- S.2.