Turizm Menecment Universitetinin strateji planına dair qərar qəbul edilib

 

 

   Azərbaycan Turizm Menecment Universitetində (ATMU) Elmi şuranın 2016/2017-ci tədris ilinin I semestr payız imtahan sessiyasının nəticələrinə dair iclası keçirilib.

   Tədbirdə Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva, Turizm qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov, Xidmət mühəndisliyi fakültəsinin dekanı Sevda Vəzirova, Biznes idarəçiliyi fakültəsinin dekan müavini Anar Mirzəyev Apellyasiya komissiyasının sədri Qahirə Məmmədovanın məruzələri geniş müzakirə olunub.

   Sonra universitetin rektor səlahiyyətlərini icra edən Eldar Aslanovun məruzəsi ətrafında fikir mübadiləsi aparılıb. Bəzi əlavə düzəlişlər nəzərə alınmaqla ATMU-nun 2017-2020-ci illər üzrə strateji planının icrasına dair qərar qəbul olunub.

   Bundan başqa, Anar EminovunSosial sahəyə istiqamətlənmiş investisiya layihələrinin effektivliyimövzusunda yazdığı monoqrafiyanın çap olunması məqsədəuyğun hesab edilib. ATMU-nun dissertantı Sevinc Dadaşzadənin dissertasiya mövzusu təsdiqlənib.

 

Mədəniyyət.- 2017.- 17 mart.- S.9.