Xalq teatrının tamaşası maraqla qarşılanıb

 

 

   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Tərtər rayon nümayəndəliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət mərkəzində Yevlax rayon Mədəniyyət mərkəzinin Xalq teatrının hazırladığı “Tülkünün uçuşu” adlı nağıl-tamaşa nümayiş olunub.

   Rejissor Zöhrə Adıgözəlovanın hazırladığı tamaşanı Tərtər məktəbliləri və onların valideynləri, mədəniyyət işçiləri izləyib. Tamaşa iştirakçılar tərəfindən maraqla qarşılanıb. Bölgədəki mədəniyyət ocaqları arasında bu cür əməkdaşlıq davam etdiriləcək.

Mədəniyyət.- 2017.- 17 mart.- S.11.