Üzeyir Hacıbəyli fenomenimövzusunda mühazirə

 

 

 

   Martın 14-də İçərişəhərdəki “Muğamklubunda Bakı Dövlət Universitetinin professoru Şirməmməd HüseynovunÜzeyir Hacıbəyli fenomenimövzusunda mühazirəsi dinlənilib.

   Novruz mühazirələri” layihəsi çərçivəsində Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə elm xadimləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

   Ş.Hüseynov görkəmli bəstəkar, milli operanın banisi, publisist Üzeyir Hacıbəylinin yaradıcılığına nəzər salıb, onun mədəniyyətimizə verdiyi töhfələrdən, musiqişünaslıq, ədəbi-publisistik fəaliyyətindən bəhs edib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

   Qeyd edək ki, “Novruz mühazirələri”nin keçirilməsində məqsəd müxtəlif sahələrə aid mövzuların gündəmə gətirilməsi, populyar dildə təqdim edilməsidir.

 

Mədəniyyət.- 2017.- 17 mart.- S.13.