Kinoşünas Aydın Dadaşov vəfat edib

 

 

   Tanınmış kinoşünas, ssenarist, rejissor, Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru, professor Aydın Dadaşov martın 15-də dünyasını dəyişib.

   Aydın Ərşad oğlu Dadaşov 1 mart 1952-ci ildə Ağdamda anadan olub. 1972-ci ildə indiki Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Sonra Leninqrad Dövlət Teatr, Musiqi Kinematoqrafiya İnstitutunda (indiki Sankt-Peterburq Teatr Akademiyası) dram sənəti üzrə təhsil alıb. 1982-ci ildə Moskvada ikiillik ali rejissorluq ssenari kurslarını bitirib.

   Ömrünün sonuna qədər Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Kinoşünaslıq fakültəsinə rəhbərlik edib.

   Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2017.- 17 mart.- S.15.