Kinooperator Əlisəttar Atakişiyevin xatirəsi anılacaq

 

 

   Martın 29-da Dövlət Film Fondunda tanınmış kinooperator rejissor, Əməkdar incəsənət xadimi Əlisəttar Atakişiyevin (1906-1990) xatirəsi anılacaq.

   Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə birgə gerçəkləşəcək tədbir çərçivəsində sənətkarın həyat yaradıcılığına həsr olunmuş fotosərgi açılacaq. Əlisəttar Atakişiyevin milli kinomuzun inkişafında xidmətləri vurğulanacaq, sənət adamları onunla bağlı xatirələrini bölüşəcəklər.

   Qeyd edək ki, Ə.Atakişiyev “Arşın mal alan” (1945), “Fətəli xan”, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə” kimi filmlərin quruluşçu operatoru, “Bir qalanın sirri”, “Sehrli xalat”, “Bizim küçə” və s. ekran əsərlərinin quruluşçu rejissorudur.

 

Mədəniyyət.- 2017.- 29 mart.- S.2.