“İçərişəhərdə bahar

 

 

   Aprelin 2-də “Art Villa” qalereyasında “Açıq səma altında plener-15” keçiriləcək. Gənclər Şəbəkəsinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan İncəsənət Konsulluğunun (Arts Council Azerbaijan) dəstəyi ilə təşkil olunacaq plener “İçərişəhərdə baharmövzusuna həsr edilib.

   Tədbirdə gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak edəcəklər. Rəssamlar tərəfindən açıq səma altında əsərlərin yaradılması nəzərdə tutulub.

 

Mədəniyyət.- 2017.- 29 mart.- S.2.