Əməkdar artist Firuz Xudaverdiyev vəfat edib

 

 

 

   Əməkdar artist Firuz Xudaverdiyev martın 28-də dünyasını dəyişib.

   Firuz Xudaverdiyev 1939-cu il iyulun 8-də Bakının Qobu kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram kino aktyorluğu fakültəsini bitirib.

   1976-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına qəbul olunub bir çox tamaşalarda müxtəlif səpkili obrazlar yaradıb. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

   F.Xudaverdiyev həmçinin 20-dən çox film televiziya tamaşasında (“Pəncərədə işıq”, “Biz qayıdacağıq”, “Günaydın, mələyim s.) çəkilib.

   Mərhum doğulduğu kənddə dəfn edilib.

   Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2017.- 29 mart.- S.4.