Musiqili Teatrda Beynəlxalq Teatr Günü

 

 

 

   Azərbaycan Dövlət Musiqili Teatrında 27 mart - Beynəlxalq Teatr Günü qeyd edilib. Bu münasibətlə Dövlət Musiqili Teatrının Təbriz Teatrı ilə birgə layihəsi olan “Bəxtəvər” şou-tamaşası nümayiş olunub. Tamaşanın biletləri ölkəmizlə yanaşı, İranda turizm şirkətlərində də satışa çıxarılıb. Bayram günlərində turist kimi ölkəmizə gələn qonşu ölkə vətəndaşları tamaşanı böyük maraqla izləyiblər.

   Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, bundan sonra da belə uğurlu layihələri həyata keçirməyə çalışacağıq.

   Bildirək ki, tamaşanın quruluşçu rejissoru Yaqub Sadiqcamali (İran), dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, baletmeysterləri Əməkdar artist Zakir AğayevYelena Ağayeva, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.  

 

Lalə

 

Mədəniyyət.- 2017.- 29 mart.- S.5.