Xırdalan musiqi məktəbinin bayram səfəri

 

   Gürcüstandakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin dəvəti Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Abşeron rayon Xırdalan şəhər onbirillik Uşaq musiqi məktəbinin kollektivi 17-21 mart tarixində Gürcüstanın Tbilisi Marnueli şəhərlərində Novruz bayramı tədbirlərində iştirak edib.

   Bayram tədbirlərinə muzeydə açılmışBahar rəngləriadlı sərgi ilə start verilib. Sərgi Gürcüstanın Mədəniyyət Abidələrin Mühafizəsi Nazirliyi, Azərbaycanın bu ölkədəki səfirliyi SOCAR-ın dəstəyi ilə reallaşıb.

   Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva sərginin əhəmiyyətindən danışıb. Xalçaçılıq, dulusçuluq, məişət əşyaları, musiqi alətləri rəsm əsərlərinin nümayiş etdirildiyi sərgi tədbirə qatılanlar tərəfindən maraqla qarşılanıb.

   Sonra Xırdalan şəhər musiqi məktəbinin kollektivi Əməkdar müəllim İkram Manafovun rəhbərliyi ilə maraqlı konsert proqramı ilə çıxış edib. Gürcüstanın mədəniyyət abidələrin mühafizəsi nazirinin müşaviri Georgi Qeqeçqoriya, Azərbaycanın Gürcüstandakı səfirliyinin I katibi Elçin Məmmədov başqaları məktəbin kollektivinə öz təşəkkürlərini bildiriblər.

   Musiqi məktəbinin kollektivi həmçinin Tbilisi Marnuelidə açıq meydanda şəhər rəhbərliklərinin iştirakı ilə keçirilən tədbirlərdə maraqlı rəngarəng konsert proqramı ilə çıxış edib.

  

   Lalə

 

Mədəniyyət.- 2017.- 29 mart.- S.6.