Teatr tariximizdən səhifələr”

 

 

   Muzey sərgi təşkil edib

  

   Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən 27 mart - Beynəlxalq Teatr Günü ilə əlaqədar “Park Bulvar” ticarət və əyləncə mərkəzində fond materialları əsasında “Teatr tariximizdən səhifələr” adlı sərgi təşkil edilib.

   Sərgidə müxtəlif illərdə teatrlarımızın səhnəsində uğurla oynanılan tamaşalardan 30-a yaxın afişa nümayiş olunur.

   Sərginin nümayişi 10 gün davam edəcək.

 

Mədəniyyət.- 2017.- 29 mart.- S.7.