Dağlar qoynunda “O olmasın, bu olsun

 

 

 

   Qusar teatrı Şahdağ Turizm Mərkəzində çıxış edib

  

   Şahdağ Turizm Mərkəzində Novruz bayramı şənlikləri çərçivəsində dahi Üzeyir bəyin “O olmasın, bu olsuntamaşası göstərilib. Qusar Ləzgi Dövlət Dram Teatrının aktyor heyəti tərəfindən təqdim olunan tamaşa mərkəzdə istirahət edən yerli əcnəbi qonaqların böyük marağına səbəb olub.

   Məşhur musiqili komediya ilk dəfə olaraq açıq havada nümayiş olunub bununla xüsusi diqqət cəlb edib. Dəfələrlə izlənməsinə baxmayaraq, bu ölməz əsərin qəhrəmanlarının replikaları, xüsusilə Məşədi İbadın çıxışları musiqilər alqışlarla müşayiət olunaraq mərkəzdə istirahət edənlərə əsl bayram əhvalı bəxş edib.

   Məlumat üçün qeyd edək ki, hər il bayram günlərində əcnəbi turistlərin çoxluğu nəzərə alınaraq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Şahdağ Turizm Mərkəzində Azərbaycanın mədəniyyətinin təbliğinə xüsusi diqqət yetirilir, o cümlədən teatr tamaşaları göstərilir.

 

Mədəniyyət.- 2017.- 29 mart.- S.8.