Hərbi hissələrdə konsertlər təşkil edilib

 

 

 

   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Bərdə rayon nümayəndəliyinin tabeliyində olan Divanlı, Kolayır, Kətəlparaq kənd və 2, 3 nömrəli şəhər uşaq musiqi məktəblərinin kollektivləri rayonda yerləşən hərbi hissələrdə Novruz bayramı münasibətilə konsert proqramları təqdim ediblər.

   İncəsənət ustalarının və rəqs kollektivlərinin ifasında rəngarəng nömrələr hərbçilərimiz tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Şəxsi heyətə regional idarə və uşaq musiqi məktəbləri adından bayram sovqatları paylanılıb. Hərbi hissə komandanlıqları isə öz növbələrində göstərdikləri xidmətlərə görə regional idarənin əməkdaşlarına fəxri fərmanlar təqdim ediblər.

   Regional idarənin Tərtər rayon nümayəndəliyinin tabeliyində olan uşaq musiqi məktəbinin kollektivi, klub müəssisələrinin özfəaliyyət kollektivləri ön xətdə şücaətlə, qəhrəmanlıqla dayanan əsgər və zabitlər qarşısında konsert proqramı ilə çıxış ediblər.

   Regional idarənin Yevlax şəhər nümayəndəliyi də Malbinəsi kənd, Aran qəsəbə uşaq musiqi məktəbləri, şəhər Mədəniyyət mərkəzi və digər müəssisələrin iştirakı ilə hərbi hissələrdə əsgər və zabit heyəti üçün bayram şənlikləri keçirib.

 

Mədəniyyət.- 2017.- 29 mart.- S.11.