GUAM-ın mədəniyyət və turizm üzrə İşçi qrupunun iclası

 

 

 

   28-29 mart tarixində Ukraynanın paytaxtı Kiyevdə Demokratiyaİqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) mədəniyyət və turizm üzrə İşçi qrupunun növbəti iclası keçirilib.

   İclasda quruma üzv ölkələrin müvafiq dövlət qurumlarının nümayəndələri, habelə GUAM katibliyinin və Yaponiyanın Ukraynadakı səfirliyinin nümayəndələri iştirak ediblər.

   GUAM-sn baş katibi Altay Əfəndiyev iclas iştirakçılarına təşkilat tərəfindən mədəniyyət və turizm sahələrində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib, təşkilata dəstək göstərən Yaponiya tərəfinin nümayəndəsinə təşəkkürünü bildirib.

   Sonra Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova nümayəndələri ölkələrində turizmin inkişafı ilə əlaqədar çıxış ediblər.

   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdir müavini Rauf Paşayev ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar və ədlə edilmiş nailiyyətlər barədə tədbir iştirakçılarını məlumatlandırıb, GUAM çərçivəsində turizm sahəsində keçirilməsi nəzərdə tutulan layihə və tədbirlərlə əlaqədar təklifləri diqqətə çatdırıb.

   Toplantı iştirakçıları gündəlikdə duran məsələlərlə bağlı müzakirələr aparıblar. İşçi qrupun 2017-2018-ci illər üzrə fəaliyyət planı, GUAM-Yaponiya əməkdaşlığı çərçivəsində keçirilmiş seminarın nəticələri, həmin format çərçivəsində 2017-2020-ci illər üzrə fəaliyyət planı və digər məsələlər müzakirə edilib.

 

 

Mədəniyyət.- 2017.- 31 mart.- S.5.