Soyqırımı günü “Ünvansız qatar” göstəriləcək

 

 

 

   31 mart - Azərbaycanlıların soyqırımı günündə Dövlət Gənc Tamaşaçılar Teatrında “Ünvansız qatar” adlı yeni tamaşanın premyerası olacaq.

   Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sona Qarayeva, rejissorlar Gülnar Hacıyeva, Qasım İbrahimov, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti Sona Mustafayevadır. Rolları əməkdar artistlər Lətifə Əliyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Gülər Nəbiyeva, Naibə Allahverdiyeva, Kəmalə Hüseynova, Qəmər Məmmədova, Leyli Vəliyeva, Vahid Əliyev və başqaları oynayır.

   Səhnə əsəri ata-baba yurdundan didərgin düşmüş soydaşlarımızın faciəli və nisgilli həyat həqiqətlərindən bəhs edir.

 

 

Mədəniyyət.- 2017.- 31 mart.- S.7.