Turizmin inkişaf etdirilməsində kulinariyanın yerirolu

 

 

   ATMU-da elmi-praktik konfrans keçirildi

  

   Martın 30-da Turizm Menecment Universitetində (ATMU) Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) təşkilatçılığı iləAzərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsiilə bağlı milli mətbəxin, ictimai iaşənin, restoran biznesinin qarşısında duran məsələlər, turizmdə yeri, bugünkü vəziyyəti inkişaf perspektivlərimövzusunda elmi-praktik konfrans keçirildi.  

   Əvvəlcə qonaqlar aşpazların hazırladıqları yeməklərdən ibarət sərgi ilə tanış oldular.

   Konfransda AMKM-in prezidenti Tahir Əmiraslanov ölkəmizin mətbəx mədəniyyəti mətbəx nümunələrinin turizmə təsiri haqqında geniş məruzə ilə çıxış etdi, bununla bağlı ölkə başçısının 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş Turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin əhəmiyyətini diqqətə çatdırdı. Bildirdi ki, zəngin tarix mədəniyyətə, yüksək qonaqpərvərliyə malik Azərbaycanda turizm sənayesinin inkişaf etdirilməsində milli mətbəx nümunələrinin böyük potensialı var. Dünya Turizm Təşkilatının apardığı araşdırmalara görə, dünya üzrə səyahət edən turistlərin 82 faizi getdikləri ölkələri məhz mətbəxinə görə xatırlayırlar. Bu baxımdan Azərbaycanın xarici turistləri cəlb etmək üçün imkanları genişdir.

   Tahir Əmiraslanov ölkəmizdə ərzağın keyfiyyətinin yüksəldilməsi mətbəx mədəniyyətinin təbliği istiqamətində görülən işlərdən bəhs etdi. Kulinarların peşəkarlığının artırılmasının, bu sahədə təhsil verən müəssisələrdə tələbələrə kulinariyanın həm nəzəri, həm praktiki biliklərinin dərindən öyrədilməsinin vacibliyi vurğulandı.

   AMKM-in prezidenti müəllifi olduğu kulinariyaya aid kitabları Azərbaycan Turizm Menecment Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbinin kitabxanasına təqdim etdi.

   Konfransda ATMU-nun dosentləri Gülnar Məmmədli “Qida sənayesinin inkişaf perspektivləri və turizmin inkişafında əhəmiyyəti” və Çingiz Əliyev “Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri və turizmdə rolu” mövzularında məruzə ilə çıxış etdilər.

   Tədbir diskussiya şəklində davam etdi, fikir mübadiləsi aparıldı. Sonda mətbəx nümunələri sərgisində iştirak edən mütəxəssislər mükafatlandırıldı.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 31 mart.- S.8.