Nazirliyin nümayəndə heyəti Belarusda səfərdə olub

 

 

   Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin regional mədəniyyət və turizm idarələri rəhbərlərinin beynəlxalq təcrübəsinin artırılması məqsədilə nazirliyin nümayəndə heyəti 24-29 aprel tarixində Belarus Respublikasına səfər edib.

   Nümayəndə heyətinə nazirliyin Sənədlərlə və vətəndaşların müraciətləri ilə şöbəsinin müdiri Namiq Qulamov, Regionlarla sektorunun müdiri Pərviz İsgəndərli, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə sektorunun müdiri Rəşad Əliyev, Gəncə, Sumqayıt, Xaçmaz və İsmayıllı regional idarələrinin rəhbərləri (Sənan Hacıyev, Mehman Şükürov, Nazim AğayevElnur Hüseynov) daxil idi.

   Səfər çərçivəsində Mogilyov şəhəri, Kirov rayonu, Bobruysk şəhəri, Beluniç rayonlarında yerləşən muzey, kitabxana, klub, rəsm qalereyası, teatr, musiqi məktəblərinə baxış keçirilib, bu müəssisələrin fəaliyyəti ilə yerində tanışlıq olub.

   Mogilyov şəhərində Belarus mədəniyyət nazirinin müavini ÇernikMogilyov vilayətinin rəhbərliyi ilə görüş keçirilib, Azərbaycanla Belarus arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri geniş müzakirə olunub.

   Həmçinin Mogilyov vilayətində fəaliyyət göstərən mədəniyyət müəssisələri rəhbərlərinin iştirakı ilə iki ölkə arasında müvafiq sahədə təcrübə mübadiləsinə həsr olunmuş seminar təşkil edilib.

 

Mədəniyyət.- 2017.- 3 may.- S.4.