Xalqların mədəniyyəti və adət-ənənələri

 

 

 

   Mədəniyyət festivalında ölkəmiz də təmsil olunub

  

   Daşkənddəki Beynəlxalq Vestminster Universitetində ənənəvi olaraq keçirilən “Xalqların mədəniyyəti və adət-ənənələri” festivalında Özbəkistandakı səfirliyimiz nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də iştirak edib.

   Festivalda Özbəkistanda fəaliyyət göstərən səfirliklər və mədəniyyət mərkəzləri öz ölkələrinin mədəniyyətini, turizmini potensialını nümayiş etdirib.

   Azərbaycan guşəsində kitab sərgisi, ölkəmizin mədəniyyətinə dair stend, Qarabağ geyimləri, suvenirlərimiz, milli musiqi alətlərimiz, Azərbaycanın müxtəlif regionlarına məxsus xalçalar nümayiş etdirilib. AMM-in əl işləri və naxıştikmə dərnəyinin istedadlı uşaqları hazırladıqları milli suvenirlərimizi nümayiş etdirib, praktiki olaraq onların hazırlanma prosesini təqdim ediblər.

   Tədbirin bədii hissəsində müxtəlif ölkələrin milli rəqs qrupları çıxış edib, AMM-in nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.