Yenə o bağ olaydı...

 

 

   Aprelin 28-də Beynəlxalq Muğam Mərkəzində “Yenə o bağ olaydı” adlı musiqili-ədəbi gecə keçirilib.

   Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə layihəsi çərçivəsində keçirilən növbəti tədbir unudulmaz şair Mikayıl Müşfiqin yaradıcılığına həsr olunub.

   Gecədə ADMİU-nun müəllim və tələbələri çıxış ediblər. Onların ifasında “Oxu tar”, “Söylə”, “Gözünə qurban”, “Yaşa, ürəyim”, “Yaşa, könül”, “Qurban olduğum”, “Qal, sənə qurban” mahnıları və şeirlər səsləndirilib. İfaları Xalq artisti, professor Zamiq Əliyevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Xalq çalğı alətləri ansamblı müşayiət edib.

 

 

Mədəniyyət.- 2017.- 3 may.- S.5.