“Təbiət möcüzələri” sənət əsərlərində

 

 

   Aprelin 29-da Xətai Sənət Mərkəzində “İslam həmrəyliyi ili”nə həsr olunmuş “Təbiət möcüzələri” adlı sərginin açılışı oldu.

   Tədbir Azərbaycan Rəssamlar İttifaqı, Xətai Sənət Mərkəzi, “Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək” İctimai Birliyinin dəstəyi ilə baş tutdu. Sərgini giriş sözü ilə Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov açaraq tədbirin ölkəmiz üçün önəmindən bəhs etdi və layihənin rəhbəri, rəssam Elnurə İsgəndərova və təşkilatçısı, rəssam Aygün İsgəndərovanı təbrik etdi, onlara yeni uğurlar dilədi.

   Alman-Azərbaycan Cəmiyyətinin sədri, kulturoloq Çingiz Abdullayev sərgidəki rəsmlərin bənzərsizliyindən danışdı, təşkilatçıları təbrik etdi.

   Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası, Əməkdar artist Naina İbrahimova fərqli texnikalarda işlənən rəsmləri izlədikcə sanki təbiət möcüzəsi ilə üzləşdiyini və əsərlərin hər kəsdə özəl hisslər oyatdığını bildirdi.

   Modelyer-rəssam Məryəm Əliyevanın milli geyimlərimizdən ibarət kolleksiyasının nümayişi tamaşaçılar tərəfindən böyük marağa səbəb oldu. Sonda iştirakçılar diplomsertifikatlarla təltif edildilər.

   Sərgidə 100-dək əsər nümayiş olundu.

  

   S.Qaliboğlu

  

Mədəniyyət.- 2017.- 3 may.- S.6.