Kulinarlarımızın növbəti uğuru

 

 

   Azərbaycan kulinarları Monteneqronun Budva şəhərində keçirilən beynəlxalq kulinariya çempionatında uğurla iştirak ediblər.

   Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın Monteneqroda diplomatik nümayəndəliyinin dəstəyi ilə çempionatda iştirak edən kulinarlarımız 1 gümüş, 2 bürünc medal və 1 fərqlənmə diplomu qazanıblar.

 

 

Mədəniyyət.- 2017.- 3 may.- S.8.