Məryəm Ələkbərlinin əsərləri “Buci” qalereyasında

 

 

 

   Fransanın informations.handicap.fr saytında gənc, istedadlı rəssam Məryəm Ələkbərli və Parisdə mayın 4-də açılacaq “İntim portretlər” adlı sərgisi haqqında məqalə dərc olunub.

   Məqalədə vurğulanır ki, azərbaycanlı gənc rəssam dünyaya fərqli baxışları ilə maraqlı, qeyri-standart ölçülü nadir əsərlərini bu dəfə Parisdə “Buci” qalereyasında nümayiş etdirəcək. 28 ildir bu qalereyada müxtəlif ölkələrdən olan və Fransanın tarixini, mədəniyyətini sevən sənətçilərin əsərləri nümayiş olunur.

   Qeyd edilib ki, istedadlı rəssamın əsərləri Dubayda, Moskvada, Romada, Riqada fərdi sərgiləri ilə sənətsevərlərin qəlbini fəth etsə də, Məryəmin ən çox sevdiyi şəhər Parisdir.

   Məryəm kiçik yaşlarından musiqi və rəssamlıqla maraqlanıb. Bakıda incəsənət sahəsində ilk addımlarını atan Məryəm Ələkbərli bu sahədə təhsilini Moskvada, sonra isə Parisdə davam etdirib.

   Qeyd edək ki, Məryəm Ələkbərlinin Predəki “Buci” qalereyasında açılacaq sərgisi mayın 15-dək davam edəcək.

  

 

Mədəniyyət.- 2017.- 3 may.- S.16.