“Heydər Əliyev və Azərbaycan mədəniyyəti”

 

 

 

   Elmi konfransda məruzələr dinlənilib

  

   Mayın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu və Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin birgə təşkilatçılığı ilə ulu öndərin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda ikinci respublika elmi konfransı keçirilib.

   Tədbirdən öncə konfrans iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

   Konfransı AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş sözü ilə açaraq ümummilli liderin həyat yolundan bəhs edib. Sonra AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Heydər Əliyevin azərbaycançılıq təlimində ədəbiyyat və incəsənət məsələləri” adlı məruzə ilə çıxış edib. Heydər Əliyevin Azərbaycan xalqının taleyində və tarixində misilsiz xidmətlərini diqqətə çatdıran akademik İsa Həbibbəyli onun azərbaycançılıq təlimindən, ədəbiyyat və incəsənətin inkişafına göstərdiyi qayğı və diqqətdən söz açıb.

   AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, RiyaziyyatMexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, ArxeologiyaEtnoqrafiya İnstitutu Tarixi etnoqrafiya şöbəsinin rəhbəri, akademik Teymur Bünyadov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyətindən, keçdiyi şərəfli mübarizə yolundan danışıblar.

   Konfrans bölmələr üzrə işini davam etdirib.

   Tədbirdə, həmçinin ümummilli liderin müdrik siyasətinin nəticəsi olaraq respublikamızın qazandığı uğurları, dövlətçiliyimiz yolunda xidmətlərini, elm, ədəbiyyat, incəsənətin inkişafı üçün göstərdiyi səyləri əks etdirən təqdimatlar nümayiş etdirilib. Heydər Əliyevə həsr olunmuş rəsm əsərləri, ulu öndər haqqında kitablardan ibarət sərgi açılıb.

   Sonda Ədəbiyyat İnstitutunun elektron konfrans zalında tədbirin yekun yığıncağı keçirilib, konfransın işi yüksək dəyərləndirilib. Məruzəçilərə Ədəbiyyat İnstitutuElmi-Metodik Mərkəzin diplomları təqdim olunub.

  

 

Mədəniyyət.- 2017.- 5 may.- S.2.