“XXI əsrdə muzeyin idarə edilməsi

 

 

   Tvinninq layihəsi üzrə növbəti treninq

  

   Mayın 2-də Avropa İttifaqı ilə Mədəniyyət Turizm Nazirliyinin birgə həyata keçirdiyi Tvinninq layihəsi çərçivəsində muzey işçiləri üçünDəyişikliyin gətirdiyi çətinliklər: XXI əsrdə muzeyin idarə edilməsimövzusunda təlim kursu başlayıb.

   Tədbiri Tvinninq layihəsinin Azərbaycandakı italyan koordinatoru Alessandro Bianki nazirliyin Mədəniyyət müəssisələri xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev açıb.

   Seminar-treninqdə strateji planlaşdırma, sərgilərin təşkili, heyətin idarə edilməsi, muzeylərdə sosial məsuliyyət marketinq kimi mövzular daxil olmaqla muzey idarəçiliyi müxtəlif aspektlərdən təsvir ediləcək.

   Təlimdə İçərişəhər Dövlət tarix-memarlıq qoruğu muzeyləri, Qala Dövlət tarixi-etnoqrafik qoruğu, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz, Azərbaycan Xalça Muzeyi, Milli İncəsənət, Tarix, Teatr, İstiqlal, Musiqi Mədəniyyəti muzeyləri, Muzey Mərkəzi, Bakıdakı bir sıra ev və xatirə muzeylərinin, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri iştirak edir.

   Üçgünlük treninqin sonunda iştirakçılara sertifikat təqdim olunacaq.

 

 

Mədəniyyət.- 2017.- 5 may.- S.6.