Zirvə “zil”lər zili, “pəs”lər pəsi...

 

 

 

   Ulu Azərbaycan muğam zirvələrində Yaqub Məmmədov Səsi

  

   Bu sənətkar, xüsusi əda-ütülü, xaotik-simfonik adamlar yetişdirməyə çalışan, “oxuma, tar, istəmir səni proletar!” devizli sovet dövründə - “yeni məktəb” oxumuşların “köhnə”, “doqmatik” adlandırdıqları böyük muğam aləminə çox fərqli bir səs-nəfəslə gəlmişdi.

   Belə bir nüansın da fərqinə varmaq gərək ki, o dövrdə muğam bu xalqın milli-mədəni xəzinəsi içrə - nüvəsinə müdaxilə edilməsi mümkün olmayan bəlkə də yeganə sənət imiş...

  

   Və belə bir dövrdə -

  

   1930-cu il mayın 5-də Ağcabədidə - Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov kimi ustadlar yurdunda doğulmuş Yaqub Məhəmməd oğlu öz gözəl səs-avazı ilə yerli toy-törənlərdə camaatın həmin özəl hiss-duyğusuna yeni bir sığal-məlhəm kimi yetişməkdə, ustad xanəndələrin oxuları bubalaca xanəndə”ni “vaxtından əvvəl” böyütməkdə idi. “Seyid Şuşinski Ağdam musiqi məktəbində muğam dərsi deyən zamanlar həmişə yanına gedərdim. Səsimə qulaq asıb məsləhətlər verərdi. Onun “sənətkar cəmiyyətdə də özünü “sənətkarlıqla” aparmalıdır” kimi tövsiyələrinə həmişə əməl etmişəm”.

   O, çox sonralar - özünün də adı ustadlar cərgəsində çəkilən vaxtlarda yazacaqdı: “Atamın yaxşı səsi vardı, hərdən qohum-əqrəba, dost-tanış məclislərində bir-iki ağız deyər, mən də ondan eşitdiklərimi özümçün zümzümə edərdim. Bir dəfə bunu atam da eşitdi və möhkəm utandığımı hiss edib, gülə-gülə “sənin əla səsin varmış ki!” - dedi. Bir gün də dəfini mənə bu sözlərlə bağışladı: “Yaxşı səs işin yarısıdır, oğul. Bu böyük sənət sarayına daxil olmaq üçün gərək çox çalışasan. Allah elə bir yol açsın ki, mənim bu sənətdə əldə edə bilmədiklərimi səndə görə bilim...” O gündən muğam sənətinə məhəbbətim daha da artdı. O, dünyasını tez dəyişsə də, məni peşəkar xanəndə kimi görə bilməsə də, hər halda, yəqin ki, indi ruhu şaddır...”

   Külli-Qarabağı tir-tir titrədən o Səs -

  

   Paytaxta bir qədər gec çatıb...

  

   1956-cı ildə (Yaqubun 26 yaşının tamamında) Gənclərin ümumrespublika festivalına ifaçı toplanarkən birinci onun adı qeyd olunur Yaqub, Bakıya gəlir. Münsiflər heyətindəki böyük sənət görkəmliləri - Həqiqət Rzayeva, Xan Şuşinski, Əfrasiyab Bədəlbəyli onunSegah”ını çox bəyənir Yaqub Məmmədov festivalın laureatı olur. Bir həftə keçməmiş ustad Əhməd Bakıxanov onu radioya gətirib öz ansamblı ilə bir neçə ifasını lentə yazdırır. Daha sonra onu Dövlət Filarmoniyasına dəvət edirlər. Filarmoniyanın direktoru Soltan Hacıbəyovla əfsanəvi tarzən Qurban Pirimov arasında belə bir fövri mükalimə olur: “Səsi gözəl, oxumağı əla, özü yaraşıqlı. Belə səs qabiliyyət sənətimizə ikinci Cabbar bəxş edə bilər...”

   Loğman havalı, təbib sulu Qarabağda boya-başa çatmış Yaqub A.Zeynallı adına Musiqi Məktəbində bu sənətin professional təhsil-təliminə yiyələnir, ustadlar ustadı Seyid Şuşinskidən öyrəndiyi dəsgahlar xanəndəliyin digər sirlərilə yanaşı, “muğamın əkiz qardaşısayılan poeziya dünyasını mənimsəməyə can atır. Yorulmaz çaba-çalışmaları sayəsində tezliklə yüksək ifaçılıq mədəniyyətinə nail olan xanəndə gözəl səsi, bənzərsiz ifa tərzi ilə sənət mütəxəssislərinin xüsusi diqqətini, geniş tamaşaçı auditoriyasının tükənməz sevgisini qazanır.

   AhıllığındaSeyid Şuşinskininsənətkar cəmiyyətdə özünüsənətkarlıqlaaparmalıdırkimi tövsiyələrinə həmişə əməl etmişəmdeyən xanəndənin bir cavanlıq xatirəsi: “Bir kənddə toyun şirin vaxtı belibükük yaşlı bir kişi mənə yaxınlaşıb qoltuq cibindən bir manat (təklik) çıxarıb qoydu stolun üstünə ehtiramla dedi oğlum, birNəvayi-Şuroxu. Pula baxmadan könülsüz-könülsüz dedim: “Əmi, pulunu götür, oxuyaram”. Bu dəm toyxanadan xoflu səslər eşitdim: “Pulu götür, ağır seyiddir”. Tez təkliyi götürdüm, öpüb pencəyimin üst cibinə qoydum Seyiddən eşitdiyimə az-çox güvənsəm , tarzənin qulağına əyilib soruşdum ki, “Şurməlum, bəs buNəva deyən şeydi? Tarzən dedi mən çalacam, sən dalımca gəl. Elə bil ilahidən mənə əlavə güc gəldi, muğamı tamam-dəsgah oxuyub qavalı yerə qoydum. Həmin nurani qoca isə təzədən mənə yaxınlaşıb dedi: “Bala, aşağı əyil görüm. Əyildim, alnımdan öpdü. Sonra bayaqkı qumaş torbasından bir qızıl onluq çıxarıb qavalımın içinə atdı: “Bayaq verdiyim o təklik qismətin idi, bu qızıl onluq isə sənin sənətkarlıq zəhmət haqqın...”

   Bütün muğam dəsgahlarının dərin bilici gözəl ifaçılarından sayılan bu xanəndə həm bu sənətdə öz ənənələrini yaratmışdır; öz dövründəki yeni nəsil ifaçılardan bir çoxu onun yaradıcılığından xeyli bəhrələnmişlər.

  

   Bu dünyada -

  

   gözəl, məlahətli, qəribə səslər çox, Yaqub Məmmədovun səsi isə möcüzəvi! Fonotekalarımızınqızıl fond”una daxil edilmiş qızıl Səslərdən biri. Sevimli müəllimi S.Şuşinskinin bənzərsizÇahargah”ı onun da yaradıcılığınınhüsnü-mübarəklərindən”...

   Tək elə Səsi yox, sözü-söhbəti şirin, duzlu-məzəli: “Qocalığıma baxmayın, mənim hələ Cıdır düzündə Koroğlu nərəsiləQarabağ şikəstəsioxumağım var! Elə oxuyacam ki, Qarabağsız yaşadığımız bütün ağrı-acılar yuyulsun...”

   Bu sözləri elə-belə bir səs sahibi yox, Azərbaycan ifaçılıq salnaməsinə bənzərsizÇahargah”, “Mirzə Hüseyn segahı”, “Rast”, “Zabul gümanımca, heç zaman heç bir xanəndənin yaxın düşə bilməyəcəyiMənsuriyyəkimi silinməz səhifələr əlavə etmiş ustad deyirdi...

   50 il bənzərsiz ifaçılıq məharəti göstərə-göstərə, klassik muğam irs-ənənələrini əsl dədə-babavarı davam etdirib onların ruhunu yaşada-yaşada 2002-ci ildə könlündəki neçə-neçə ruhi nemətlərilə birgə dünyasını dəyişdi...

   Heyratıcoşğulu, “Arazbarıçağrılı, üç-dörd löyünSegahyanğılı, şaxə-dəsgahRastovqatlı bu sənətkarın hər zaman sənət xiridarı olmuş bu xalqa -

   

   TəkrarolunmazMənsuriyyəhədiyyəsi...

  

   OnunMənsuriyyə”sini dinlədikcə, adama elə gəlir, bu ritmik parça sanki haçansa məhz bu sənətkarın səsinin ahəngi üstə doğulub.

   O, özünə daha çox şöhrət qazandırmışMənsuriyyə”dəSegahboğazı vurur ətrafınheçMənsuriyyə”də segah”lamaq olar?” replikaçılarına deyirgedin Ağanın yanına, görün olar, ya olmaz”. Onlardan bir-ikisi , eləmə tənbəllik, gedib soruşur, o isə əsl ağa-bəyi bir təbəssümlə deyir: “Səsi qabiliyyəti olanlara olar, olmayanlara olmaz. “Segahelə muğamdır ki, bütün muğamların qapısı onun üzünə açıqdır; səsin varsa, keç ürəyi istəyənin birinə, sonra qayıt özünə... ”

   Bu ifa şedevri barədə çox danışsam, müəllifininətdi-qannıxatirəsinə yer qalmaz:

   “64-cü ilin gözəl bir may günü idi, kefim ki, ala buludlarda. Habil Əliyev zəng etdi ki, gəl studiyaya, haqqımda veriliş hazırlayırlar, sən bir şey oxu. Studiyada dedilər, elə bir şey oxu ki, 4-5 dəqiqədən artıq olmasın. Qərara aldıq ki, “Mənsuriyyəoxuyum. Vallah, bilmirəm, mənə necə ilahi bir qüvvə gəldi, Habil zalım da elə çaldı ki... Sonra bunu pozmadılar, eləcə qaldı”.

  

   Tahir Abbaslı

 

Mədəniyyət.- 2017.- 5 may.- S.10.