Gənc ifaçınınMusiqili səyahət”i

 

 

   Mayın 3-də Azərbaycan Milli Konservatoriyasında beynəlxalq respublika müsabiqələri laureatı, tarzən İbrahim BabayevinMusiqili səyahətadlı solo konserti keçirilib.

   Konsertdən əvvəl Əməkdar artist Ələkbər Ələkbərov, konservatoriyanın dosenti Səbuhi Cəfərov, konsertin ideya müəllifi aparıcı konsertmeysteri Svetlana Əhmədova çıxış edərək gənc tarzəni təbrik edib, yaradıcılıq uğurları arzulayıblar.

   Konsertdə Azərbaycan dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiya səsləndirilib.

   Qeyd edək ki, İbrahim BabayevKainat” Gənclik Mərkəzinin təşkil etdiyi ifaçılıq müsabiqələrində üzə çıxan istedadlardan biridir. Bu gənclər ölkəmizi xaricdə də layiqincə təmsil edirlər. İ.Babayev ötən il Daşkənddə keçirilmişAna yurdun ahəngləri” xalq çalğı alətləri ifaçılarının beynəlxalq müsabiqəsində 1-ci yerə layiq görülüb. Bu il isə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” mükafatı ilə təltif olunub.

 

Mədəniyyət.- 2017.- 5 may.- S.10.