Var şirin sözü Vaqifin

 

 

 

   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Sumqayıt şəhər Mərkəzi uşaq kitabxanasında Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə “Var şirin sözü Vaqifin” adlı ədəbi-bədii gecə keçirilib.

   Kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova şairin yaradıcılığından danışaraq, onun Azərbaycan ədəbiyyatında və tarixində rolu haqqında məlumat verib.

   Tədbir İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə hazırlanmış bədii hissə ilə davam etdirilib. Vaqifin qoşmaları saz ilə səslənib, S.VurğununVaqif” dramından səhnəciklər nümayiş etdirilib.

 

Mədəniyyət.- 2017.- 5 may.- S.11.