Strateji tərəfdaşlıq mədəni əlaqələrin inkişafına geniş imkan yaradır

 

 

 

   Nazir Əbülfəs Qarayev gürcüstanlı həmkarı ilə görüşüb

  

   Mayın 4-də Bakı Konqres Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadze arasında görüş keçirildi.  

   Əbülfəs Qarayev Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlığın mədəni sahələrdə də əlaqələrin inkişafına geniş imkanlar yaratdığını vurğuladı. İkitərəfli münasibətlərdən, mədəniyyət sahəsində həyata keçirilən layihələrdən və gələcəkdə nəzərdə tutulan birgə tədbirlərdən söhbət açıldı.

   Səmimi qəbula görə təşəkkürünü bildirən gürcüstanlı nazir IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun dünyada mədəni müxtəlifliyin təbliğinə, qarşılıqlı anlaşmanın vacibliyinə verdiyi töhfələri yüksək qiymətləndirdi. İki ölkə arasında həyata keçirilən birgə mədəni əlaqələrdən danışaraq, əməkdaşlığın bundan sonrakı inkişafı üçün də müəyyən addımların atılacağına ümidvar olduğunu bildirdi.

   Görüş Azərbaycan və Gürcüstan arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivlərinin müzakirəsi ilə davam etdi.

  

   Fariz

 

Mədəniyyət.- 2017.- 5 may.- S.7.