Sənətkar ömrünün səhifələri

 

 

Xalq artisti Ələddin Abbasovun anadan olmasının 95 illiyi münasibətilə

 

   ...O, günlərin birində oxuduğu texnikumda görkəmli aktyor Məmmədrza Şeyxzamanovla rastlaşır. Məmmədrza Şeyxzamanov onu texnikumda rəhbərlik etdiyi dram dərnəyinə dəvət edir. Az sonra Gəncə Dövlət Dram Teatrının nəzdindəki aktyor studiyasına qəbul olunur, kütləvi səhnələrdə ilk sənət addımlarını atır.

   Aktyorluq arzusunu bilən atası Aslan kişi əvvəlcə etiraz etsə də, sonra “yaxşı aktyor olmağa çalış” öyüdü ilə oğluna xeyir-dua verir. O, atasının arzuladığı kimi “yaxşı aktyorolmaq üçün həyatı boyu çalışır. Tezliklə Gəncə Dram Teatrının səhnəsində baş rollarda çıxış edir. Fitri istedadı ilə milli teatrkino tariximizdə şərəfli sənətkar imzasını yazmağa müvəffəq olur. Yaradıcılığındakı ifadə boyaları realistromantik aktyor məktəbindən şirə çəkir, su içir.

   Əhatəli aktyor yaradıcılığında müxtəlif illərdə yaratdığı ekran obrazlarının xüsusi yeri var. “Nizami”də Xaqani Şirvani, “Köhnə bərə”də Öməroğlu, “Qatır Məmməd”də Göyüş, “Qocalar, qocalar...”da Bəhri, ”Özgə vaxtda Ata və nəhayət, “Dəli Kür”də Cahandar ağa kimi rolları sənətsevərlərə yaxşı tanışdır.

   Xalq artisti Ələddin Abbasovun anadan olmasının 95 ili tamam olur. Unudulmaz sənətkarın həyat yolunu vərəqləyək.

   Ələddin Aslan oğlu Abbasov 1922-ci il mayın 5-də Gəncədə dünyaya gəlib. İlk dəfə on beş yaşında Gəncə Dövlət Dram Teatrının tamaşalarında kütləvi səhnələrə çıxır. Onun səhnə fəaliyyəti yalnız bu teatrla bağlıdır. Ali aktyorluq təhsili olmasa da, yaradıcılığı yüksək peşəkarlıqla səciyyələnir. Teatrın səhnəsindəSəyavuş”da Səyavuş, “Fərhad Şirin”də Fərhad, ”Aydın”da Aydın, “Qaçaq Nəbi”də Nəbi, “Otello”da Otello kimi obrazlar yaradıb. Sənətdəki xidmətlərinə görə 1958-ci ildə respublikanın Əməkdar artisti, 1971-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Sənətkar 2014-cü il iyulun 13-də, 92 yaşında vəfat edib.

   Ələddin Abbasov ekran yaradıcılığında iyirmidən artıq obraza imzasını yazır. Lakin filmlərdə rol almaq üçün rejissorlardan heç vaxt xahiş etmir. Çəkiləcəyi filmlər haqqında, adətən, ona ünvanlanan teleqramlardan xəbər tutur. Kinostudiyadan gələn bu teleqramlar gözləmədiyi anlarda - məşqlərdən tamaşalardan sonra, qastrol səfərlərində ona çatdırılır.

   Belə teleqramlardan birini Gəncə teatrı Tiflisdə qastrolda olarkən alır. Baharpyesində Ələddin Abbasovun oyununu bəyənən Rza Təhmasib onu həmin pyesin əsasında lentə aldığıOnu bağışlamaq olarmı?” filminə Tərlan roluna dəvət edir. Lakin Ələddin Abbasovun filmdə çəkiləcəyi təqdirdə qastrolların baş tutmayacağını əsas gətirən teatrın rəhbərliyi ona çəkilişlərə getməyə icazə vermir.

   Ələddin Abbasov 38 yaşında ekranda görünür. Kinorejissor Hüseyn SeyidzadəninKoroğlufilmində epizodik Səfir rolunu oynayır. Kütləvi səhnələri, çoxsaylı aktyor ansamblı ilə diqqətçəkən filmdə ifa etdiyi epizodik obraz tamaşaçı diqqətindən kənarda qalmır. O zaman aktyor 9 ildən sonra Hüseyn Seyidzadə iləDəli Kürfilminin çəkilişlərində yenidən üz-üzə gələcəyini, heç şübhəsiz, ağlına belə gətirmir.

   Aktyorun ekran həyatı heç hamar olmur. Müxtəlif çətinliklər, sənət intriqaları onun da ekran həyatından yan keçmir.Koroğlu”dan yalnız 7 il sonra 1967-ci ildə Ələddin Abbasov yenidən çəkiliş meydançalarında görünür. Anarın ssenarisi əsasında kinorejissor Şamil Mahmudbəyovun quruluş verdiyiTorpaq, Dəniz, Od, Səmafilmində Əli obrazına çəkilir.

   Mən ki gözəl deyildimfilminin çəkilişlərində isə o, real ölümlə üz-üzə dayanır. Pirotexnikin səhvi ucbatından kadrda baş verən partlayış zamanı filmin rejissoru Ramiz Əsgərov daha 3 nəfər həlak olur. Ələddin Abbasov quruluşçu operator Rasim Ocaqov ağır yaralanır. Vertolyotla yaralananları Bakıya çatdırırlar. Ələddin Abbasovu Rasim Ocaqovu həkimlər böyük fədakarlıqla yenidən həyata qaytarırlar.

   1968-ci ildəDəli Kürfilminin çəkilişlərinə hazırlaşan Hüseyn Seyidzadə Cahandar ağa obrazına bir neçə aktyoru sınaqdan keçirir. Lakin aktyorların oyunu onu qane etmir. Gəncə teatrı Tiflisdə növbəti qastrol səfərində olarkən Ələddin AbbasovDəli Kürfilminin sınaq çəkilişlərinə dəvət alır. Sınaq çəkilişlərində onu müşahidə edən kinostudiyanın direktoru Adil İsgəndərov aktyoru uğurlu çıxışı münasibətilə təbrik edir. Beləliklə, Ələddin Abbasov Cahandar ağa obrazı ilə parlaq yaradıcılıq qələbəsi qazanır. Maraqlıdır ki, filmin ssenari müəllifi İsmayıl Şıxlı Adil İsgəndərovun kabinetində Ələddin Abbasovu görərkən, ilk öncə, onu bəyənmir. Lakin filmin sınaq çəkilişlərinə baxandan sonra fikrini dəyişir. Cahandar ağa obrazı Ələddin Abbasova böyük ekran şöhrəti gətirir. Minlərlə tamaşaçı onu Cahandar ağa kimi tanıyır, sevir. Bu obrazı, təkcə Ələddin Abbasovun ekran yaradıcılığında deyil, milli kino tariximizin şah rollarından biri adlandırsaq, əlbəttə, yanılmarıq.

   Dəli Kür”dən sonra Ələddin Abbasov rejissorların diqqətini kino aktyoru kimi cəlb edir. O, ekranda müxtəlif xarakterli rollar oynayır. Oynadığı rolun böyük-kiçikliyindən asılı olmayaraq həmişə təkrarsız sənətkar imzasını yazmağa müvəffəq olur.

   Kinorejissor Hüseyn Mehdiyevin “Məkanın melodiyası” filmində Ələddin Abbasovun xüsusi məharətlə oynadığı violonçelist obrazı yaddaqalan yaradıcılıq qələbələrindəndir. Aktyor violonçelisti ədəbi obraz çərçivəsində deyil, canlı, real insan kimi təqdim edir. Qısa zaman kəsiyində cərəyan edən hadisələrdə oynadığı rolun həyat və yaradıcılıq sevgisini, düşüncə və iztirablarını yüksək sənətkarlıqla canlandırır. “Məkanın melodiyası” 82 yaşlı Ələddin Abbasovun sonuncu ekran akkordu olur.

   Ələddin Abbasovun yaradıcılığına “amplua” anlayışı zidd idi. İstər lirik, istər dramatik, istərsə də komik rolları eyni məharətlə oynayırdı. Aktyor C.Cabbarlı, İ.Əfəndiyev, N.Hikmət, B.Brext, U.Şekspirin əsərlərinin tamaşalarındakı dramatik surətlərdə səhnə uğurunu komik səhnə obrazlarında da qazanırdı. Sabit Rəhmanın komediyalarındakı duzlu-məzəli yumoru həmişə tamaşaçılara sonsuz gülüş bəxş edərdi. Nədənsə aktyorun təbiətən malik olduğu fitri komik istedadı kinorejissorların diqqətini çəkmir. Çox təəssüf ki, səhnədə komediya janrında qazandığı uğur milli kinomuzda davamını tapmır...

   Milli aktyor məktəbimizin Adil İsgəndərov, Ələsgər Ələkbərov, Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov kimi azman sənətkarları ilə bərabər Ələddin Abbasov da özünəməxsus yaradıcılıq məktəbinin təməlini qoydu. Bu məktəb neçə-neçə gənc sənətkar nəslinin yetişməsində layiqli töhfələrini verəcək.

  

   Hatəm Əsgərov

   Rejissor

 

Mədəniyyət.- 2017.- 5 may.- S.15.