qayıq” tamaşasının nümayişi Şuşanın işğalının ildönümünə həsr edilib

 

   Mayın 8-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivinin ifasında “ qayıq” tamaşası təqdim olunub. Tamaşanın nümayişi Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinin 25-ci ildönümünə həsr edilib.

   Elnurə Abdullayevanın müəllifi olduğu pyesin süjeti real hadisələr üzərində qurulub. Əsərdə Qarabağ müharibəsində Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, erməni faşistlərinin qəddarlığından danışılır.

   Səhnə əsərinin quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Mahir Cananov, musiqi tərtibatçısı Aygün Zeynalovadır. Rolları əməkdar artistlər Şükufə Musayeva, Azad Məmmədov, aktyorlar Dürdanə Dünyamalıyeva, Gündüz Qasımov, Vüsalə Məmmədova və başqaları oynayıblar.

 

Mədəniyyət.- 2017.- 9 may.- S.2.