Mədəniyyət və incəsənətimiz azərbaycançılıq ideologiyasının işığında

 

 

   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Azərbaycan mədəniyyəti və incəsənəti Heydər Əliyevin azərbaycançılıq ideologiyasının ideya-fəlsəfi əsası kimimövzusunda elmi-nəzəri konfrans keçirilib.

   Tədbirdə universitetin tədris işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Validə Məmmədova ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətlərindən danışıb.

   Böyük siyasətçi və dövlət xadimimövzusunda məruzə ilə çıxış edən professor İradə Hüseynova ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti, müasir müstəqil Azərbaycanın inkişafında və möhkəmləndirilməsində rolundan bəhs edib.

   ADMİU-nun Kitabşünaslıq və kitabxanaçılıq kafedrasının müdiri, professor Aqşin BabayevinFenomenal şəxsiyyət”, elm və yaradıcılıq üzrə prorektor, professor Məryəm Əlizadənin “Heydər Əliyev və teatr sənəti” və professor Nizaməddin Şəmsizadənin “Mədəniyyət dövlətçilik konsepsiyasının əsası kimi” mövzularında məruzələri dinlənilib.

 

Mədəniyyət.- 2017.- 9 may.- S.7.