Forum çərçivəsində kitab təqdimatları

 

 

 

   Mayın 6-da IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO tərəfindən nəşr edilən “İslam mədəniyyətinin fərqli aspektləri” kitabının təqdimatı olub.

   UNESCO-nun Sosialhumanitar elmlər sektorunun dialoqun tarixi və yaddaşı şöbəsinin müdiri Ali Musa İye bildirib ki, toplu İslam mədəniyyətinin kompleks tarixiniümumi coğrafi görünüşünü təqdim etmək üçün təşkilatın Elm komitəsinin üzvləri, redaktorlar və müəlliflər arasında aparılan dərin akademik mübadiləni əks etdirir. Kitabın hazırlanmasına 150-dək elm xadimi, ekspert cəlb olunub.

   Forum çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının təşkilatçılığı ilə “Şimali Afrika və Yaxın Şərqdə mediainformasiya savadlılığı üçün imkanlar” kitabının təqdimatı da keçirilib. Kitab UNESCO-nunSivilizasiyalar Alyansının əməkdaşlığı çərçivəsində 2016-cı ildə Uşaqlar, gənclər və media üzrə beynəlxalq koordinasiya təşkilatı tərəfindən nəşr edilib. Təşkilatın fəaliyyəti barədə danışan Hanifa Mezui qeyd edib ki, əsas hədəflərdən biriuşaq və gənclər arasında tədqiqatların aparılmasıdır.

  

Mədəniyyət.- 2017.- 9 may.- S.11.