Ağamusa Axundov xatirələrdə”

 

 

 

   Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Ağamusa Axundovun 85 illik yubileyi münasibətilə “Ağamusa Axundov xatirələrdə” adlı kitab nəşr edilib. Kitabın redaktoru akademik Möhsün Nağısoylu və A.Axundovun qızı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygül Hacıyevadır.

   Kitabda akademiklər Kamal Abdulla, İsa Həbibbəyli, Teymur Kərimli, Vasim Məmmədəliyev, Möhsün Nağısoylu, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar mərhum alimin dilçilik elmi sahəsində xidmətlərindən, əldə etdiyi elmi uğurlardan və həyat yolundan söz açıblar.

   Nəşrdə türkiyəli professorlar Zeynep Korkmazın, Şükrü Hüluk Akalının, Rasim Özyürəkin, Dursun Yıldırımın, Osman Fikri Sertkayanın görkəmli dilçi alimin elmi yaradıcılığı, araşdırmaları ilə bağlı məqalələri, həmçinin A.Axundov haqqında azərbaycanlı elm adamlarının məqalələri yer alıb. Akademikin qızı A.Hacıyeva “Bir ömrün tarixçəsi” adlı məqaləsində atası ilə bağlı xatirələrini qələmə alıb.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2017.- 9 may.- S.13.