Azərbaycan aşıqları Bişkekdə

 

 

   Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə aşıqlarımız mayın 2-dən 4-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən “Türk dünyası aşıqlıq gələnəyi” mövzusunda elmi konfransda iştirak ediblər.

   Qırğızıstan-Türkiyə “Manas” Universitetində keçirilən konfransda Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun mövzuya dair məruzəsi dinlənilib.

   Konfransdan sonra Qırğızıstanın OperaBalet Teatrında türk dünyası aşıqlarının iştirakı ilə böyük konsert proqramı olub. Konsertdə Azərbaycan aşıqları Kəmalə Qubadlı və Şaiq İncəli çıxış ediblər.

 

Mədəniyyət.- 2017.- 9 may.- S.16.