Astanada “Azərbaycan - İslam dünyasının incisi” fotosərgisi

 

 

   Mayın 5-də Qazaxıstanın paytaxtı Astanada Milli Muzeydə Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Azərbaycan - İslam dünyasının incisi” adlı fotosərgi açılıb.

   Sərginin açılışında çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ilielan olunmasından və Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsindən danışıb.

   Diplomat bu günlərdə Bakıda IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini də diqqətə çatdırıb. O, Azərbaycanın və Qazaxıstanın multikultural dəyərlərinin zənginliyi ilə seçildiyini, hər iki ölkədə multikulturalizmin həyat tərzinə çevrildiyini vurğulayıb.

   Mayın 21-dək davam edəcək sərgidə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən, eləcə də Azərbaycanın dini abidələrinin əks olunduğu 50-dən çox foto nümayiş etdirilir.

 

 

Mədəniyyət.- 2017.- 9 may.- S.16.