Berlində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılıb

 

 

 

   Berlində yerləşən “Bakı-Berlin” qalereyasında tanınmış azərbaycanlı rəssamlar İbrahim Əhrari və Səlhab Məmmədovun əsərlərindən ibarət sərgi açılıb.

   Açılış mərasimində qalereyanın yaranma tarixindən, uğurlarından, burada indiyədək çox sayda məşhur rəssamların əsərlərinin nümayiş etdirilməsindən, habelə “Bakı-Berlin” qalereyasının Azərbaycan-Almaniya mədəni əməkdaşlığına verdiyi töhfələrdən bəhs olunub.

   Sərgidə nümayiş etdirilən əsərlərin mahiyyəti və onların kökündə Şərq və Qərb rəssamlığına məxsus elementlərin sintezinin dayanması barəsində qonaqlara məlumat verilib.

   Mərasimdə Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, tanınmış incəsənət xadimləri, Berlin şəhərinin sakinləri və Azərbaycan icmasının üzvləri iştirak ediblər. Sərgi iyun ayınadək davam edəcək.

  

 

Mədəniyyət.- 2017.- 12 may.- S.16.