Musiqi məktəbi şagirdlərinin konserti

 

 

   Mayın 12-də Dövlət Mahnı Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə M.Maqomayev adına 26 saylı onbirillik Musiqi məktəbi şagirdlərinin konserti oldu.

   Əvvəlcə tədbirin aparıcısı çıxış edərək ulu öndərin Azərbaycan mədəniyyəti ilə sıx bağlılığından danışdı. Qeyd etdi ki, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə dövlətçiliklə yanaşı mədəniyyətimiz də tənəzzüldən xilas oldu.

   Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Aygün Əliyeva çıxışında Azərbaycan mədəniyyətinin bütün sahələrində yenilənməsindən danışdı, bu inkişafın təməlinin ümummilli lider tərəfindən qoyulduğunu bildirdi.

   Sonra musiqi məktəbi şagirdlərinin Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Q.Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiəti ilə konsert proqramı başlandı.

   Proqramda şagirdlərdən Sitarə Əliyeva, Məlahət İbrahimova, Səbinə Bayramova, Fidan Bəylərova, Mehriban Ağabəyli, Sara Əlizadə, Ülvi Əliyev, Nicat Sultanov və başqalarının ifasında O.Ridinqin, Y.S.Baxın skripkaorkestr üçün, İ.Haydnın fortepianoorkestr üçün konsertləri, N.Paqanininin skripkaorkestr üçün variasiyaları, “Evləri var xana-xanaxalq mahnısı, T.QuliyevinGörüş” filminə yazdığı “Vals” və başqa əsərlər səsləndirildi.

   Uşaqların çıxışları alqışlarla qarşılandı.

   Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə şöbəsinin müdiri Yaşar Əliyev iştirak edirdi.

   Sonda məktəbin direktoru Gülşən Quliyeva çıxış edərək tədbir iştirakçılarına təşəkkür etdi.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 17 may.- S.5.