Bura Azərbaycandır”

 

 

   Rəsm müsabiqəsinin yekun sərgisi keçirildi

  

   Mayın 12-də Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Rəssamlar İttifaqının Xətai Sənət Mərkəzi ilə birgə təşkil etdiyiBura Azərbaycandır” adlı rəsm müsabiqəsinin yekun sərgisi keçirildi.

   Ölkəmizin turizm potensialını təbliğ etmək məqsədilə gerçəkləşən sərgi-müsabiqə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunub. Müsabiqəyə müxtəlif yaş kateqoriyasına mənsub rəssamlar qatılıb.

   Tədbirdə nazirliyin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov çıxış edərək sərginin əhəmiyyətindən danışdı. Bildirdi ki, müsabiqənin məramı turizm sektorunun inkişafında rəssamların rolunu artırmaq və şəhərimizin qonaqlarını milli rəsm nümunələri ilə tanış etmək, onlara ölkəmizin turizm imkanlarını daha geniş tanıtmaqdan ibarətdir.

   Qeyd edək ki, müsabiqəyə 200-dən çox fırça ustasının əsasən kağız üzərində fərqli üslublarda (qara qələm, quru fırça, pastel, kömür, akvarel, akril, yağlı boya, neft) işlənilən 400-dək sənət əsəri təqdim edilib. Müsabiqənin yekun sərgisində isə 65 rəssamın 100-dək əl işi yer almışdı.

   Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və digər çıxış edənlər müsabiqə və sərginin əhəmiyyətindən söz açdılar.

   Sonra müsabiqədə yer tutan müəlliflər mükafatlandırıldı.

   Sərgi mayın 22-dək davam edəcək.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 17 may.- S.5.