Alimlərimiz Daşkənddə beynəlxalq konfransda

 

 

   Daşkənddə “Özbəkistanın mədəni irsi-xalqlar və millətlər arasında dialoqa aparan yol” adlı konfrans keçirilir. Konfransda dünyanın 36 ölkəsindən 350-dən artıq tarixçi alimlər, etnoqraflar, şərqşünaslar və ekspertlər iştirak edir.

   Tədbirə AMEA-nın Şərqşünaslıq İnstitutu direktorunun müavini Şahin MustafayevMilli İncəsənət Muzeyi direktorunun elmi işlər üzrə müavini Xədicə Əsədova da qatılıb.

   Xədicə Əsədova konfransdaMilli İncəsənət Muzeyinin kolleksiyasında ənənəvi özbək mədəniyyəti aləmi” mövzusunda məruzə edib. Bildirilib ki, muzeydə özbək xalqının yaratdığı milli parçalar, tikmələr, metal məmulatları, təsviri sənət nümunələri, həmçinin cəmi 50 ədəd çap edilmiş Quranın bir nüsxəsi qorunur.

   Tədbir çərçivəsində “Özbəkistanın mədəni irsi dünya muzeylərində” media-layihəsinin təqdimatı keçirilib. Mayın 16-da konfrans işini Səmərqənddə davam etdirib.

 

Mədəniyyət.- 2017.- 17 may.- S.10