Turizmhotelçilik ixtisasında təhsil alan tələbələr ustad dərsində

 

 

 

   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin turizmhotelçilik ixtisasında təhsil alan III kurs tələbələri Muzeyşünaslıq kafedrasının baş müəllimi Nizami Əsədovun rəhbərliyi ilə “New Baku” hotelində “Yeni turizm trendləri və Azərbaycanda turizmin inkişafı” mövzusunda ustad dərsinə qatılıblar.

   Hotelin direktoru Ceyhun Aşurov hotelin fəaliyyəti, Azərbaycanda turizm sahəsinin inkişaf etdirilməsində prioritet vəzifələr və yeni turizm trendləri haqqında danışıb, tələbələri maraqlandıran sualları cavablandırıb.

   Sonra tələbələrə hoteldə fəaliyyət göstərən bölmələrin funksiyaları, müştərilərlə ünsiyyət, xidmət, eləcə də rezervasiya qaydaları, təklif olunan menyuların təsnifatı, verilən tələblər və s. barədə ətraflı məlumat verilib.

 

 

Mədəniyyət.- 2017.- 17 may.- S.10.