İslam Azərbaycan teatr mədəniyyəti kontekstində

 

    

   Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuşİslam Azərbaycan teatr mədəniyyəti kontekstində” adlı sərgi açılıb.

   Sərgidə Azərbaycanın dəyərli teatr rəssamlarından Əzim Əzimzadə, Bədurə Əfqanlı, Fyodor Qusak, Mikayıl Abdullayev, Ənvər Almaszadə, Kazım Kazımzadə, Toğrul Nərimanbəyov və Elçin Aslanovun Şərq və islam elementlərini əks etdirən dekorasiyageyim eskizləri nümayiş olunub. Sərginin açılışında Bakı Turizm Peşə Məktəbinin tələbələri iştirak edib.

 

Mədəniyyət.- 2017.- 17 may.- S.11.