Romada Azərbaycanın müasir memarlıq abidələrindən bəhs edən sərgi

 

 

 

   Mayın 11-12-də Romanın “Auditorium della Tecnica” sarayında İtaliyanın “Road To Green 2020” qeyri-hökumət təşkilatı tərəfindən “Gələcəyin şəhəri” (“La Citta del Futuro”) adlı tədbir keçirilib.

   Şəhərlərin davamlı inkişafına həsr olunmuş tədbirdə Azərbaycanın müasir memarlığı haqqında ətraflı məlumat verilib, memarlıq abidələri ilə bağlı sərgi təşkil edilib.

   Tədbirdə ölkəmizin İtaliyadakı səfirliyinin əməkdaşı Zaur Qədiməliyev çıxış edərək Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi, ənənələri, ölkəmizdə həyata keçirilən önəmli memarlıq layihələri, o cümlədən mədəni irsin qorunması haqqında məlumat verib.

   Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, memar Fərid Əliyev Bakının müasir memarlıq nümunələri haqqında təqdimatla çıxış edib. O, tədbir iştirakçılarını “Bakı Şəhər”, Böyükşor gölünün bərpası, Bakı Olimpiya Stadionunun inşası layihələrinin konsepsiyası, texniki tərəfləri barədə ətraflı məlumatlandırıb.

 

Mədəniyyət.- 2017.- 17 may.- S.12.